Fransanın Rusiyadakı səfiri Pyer Levi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Senzor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib ki, səfir Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsinin vurulmasından sonra XİN-ə çağırılıb.
Bundan əvvəl Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Zərbə nəticəsində çoxlu sayda fransız, o cümlədən digər ölkələrdən olan muzdlular həlak olub.