Azərbaycanla BMT arasında COP29-un səmərəli təşkil olunması istiqamətində birgə fəaliyyət müzakirə edilib.
Senzor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UN Climate Change) icraçı katibi Saymon Stil (Simon Stiell) ilə görüşdə COP29-un səmərəli təşkil olunması istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.