Türkiyə xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.