Baş katib: "NATO ilə Rusiya arasında müharibənin qarşısını almağa çalışırıq"

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki qərargahında keçirdiyi brifinqdə Rusiya ilə müharibənin qarşısını almağa çalışdıqlarını bildirib.


Xarici KİV xəbər verir ki, o, NATO-nun bunun üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.


Y.Stoltenberq söyləyib ki, NATO-nun Rusiya ilə sərhədlər yaxınlığında mövcudluğunu gücləndirməsi ehtimal olunan hərbi münaqişənin qarşısını almaq üçündür.


Baş katib deyib ki, təxminən 2 il əvvəl, 2022-ci ilin fevralında Ukraynada müharibənin başlamasından sonra NATO-nun iki vəzifəsi olub: “Bunlardan birincisi, Ukraynanı dəstəkləmək, digəri isə Rusiya ilə NATO arasında genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır”.


Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləmişdi ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər.


Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.