Türk Dövlətləri Rəqabət Şurası yaradılıb - QURUMUN NÖVBƏTİ İCLASI ŞUŞADA KEÇİRİLƏCƏK

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.


“TRT Haber” xəbər verir ki, bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyədə keçirilən toplantısında qərar qəbul edilib.


Quruma ilk 3 ildə Türkiyə sədrlik edəcək.


Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır.


Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçiriləcəyi planlaşdırılır.


Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq.


Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.