Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti BƏƏ-də səfərdədir
foto

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.


Bu barədə Senzor.az-a nazirlikdən bildirilib.


Qeyd olunub ki, yanvarın 23-də BƏƏ-nin Əbu-Dabi şəhərində “UMEX-2024” pilotsuz sistemlər üzrə sərgi və konfrans öz işinə başlayıb.


BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi, Müdafiə Nazirliyinin dəstəyi və “ADNEC Group”un təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.


Səfər çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin hərbi sənaye kompleksinin əsasını təşkil edən “Tawazun” Sənaye Parkına daxil olan “Halcon”, “Al Tariq”, “Lahab”, “Nimr” və “Caracal” müəssisələrini ziyarət edərək, istehsal imkanları ilə yaxından tanış olub, həmçinin gələcək əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili ilə bağlı müzakirələr aparıb.


Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri və Nazirlər Şurasının üzvü Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei və “EDGE” şirkətinin İdarə Heyətinin sədri Faisal Əl Bannai ilə görüşən V.Mustafayev “UMEX-2024” sərgisində iştirak etməkdən məmnunluğunu bildirib. O, BƏƏ ilə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və görüş iştirakçılarını Bakıda keçiriləcək “ADEX-2024” 5-ci Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.


Görüşlər zamanı mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, 26 ölkə üzrə 134-dən çox iştirakçının qatıldığı və 500-dən artıq xarici nümayəndənin iştirak etdiyi “UMEX-2024” sərgisində aviasiya və kosmonavtika sahəsinə aid olan texnologiyalar nümayiş etdirilir.


Sərgi yanvarın 25-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.