Zelenski Almaniya kansleri ilə danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

 

Senzor.az bildirirki, bu barədə Ukraynanın Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı Zelenski Şoltsu cəbhədəki mövcud durum və ukraynalı hərbçilərin əsas ehtiyacları barədə bilgiləndirib.

 

“Tərəflər gələcək müdafiə əməkdaşlığını, xüsusən səmanı Rusiyanın hava terrorundan qorumaq üçün Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsini, Ukrayna müdafiəçilərinin artilleriya və zirehli texnika ilə təmin olunmasını ətraflı müzakirə ediblər”, – deyə mətbuat xidmətindən qeyd ediblər.

 

Eyni zamanda, Ukraynanın dövlət başçısı və Almaniya kansleri Kiyevə Aİ-dən makromaliyyə yardımının göstərilməsinin zəruriliyini də müzakirə ediblər.

 

Bundan əlavə, liderlər yaxın gələcəkdə Ukrayna və Almaniya arasında təhlükəsizlik zəmanətləri və ikitərəfli siyasi dialoq haqqında sazişin hazırlanması məsələsini nəzərdən keçiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.