Türkdilli Dövlətlərin Rəqabət Şurası yaradılıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbaybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının iclasına qatılmaq məqsədilə İstanbula işgüzar səfər edib.


Dövlət Xidmətindən Senzor.az-a bildirilib ki, tədbirdə Türkiyənin Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının rəqabət orqanlarının nümayəndələri iştirak ediblər.


Tədbirin keçirilməsində məqsəd “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsi, bu platforma üzərindən rəqabət orqanları arasında məlumat mübadiləsinin təmin olunması, qlobal çətinliklərlə mübarizə, rəqabət siyasəti və hüququnun inkişaf etdirilməsi, ölkələrarası inteqrasiya və regional əməkdaşlığın gücləndirilməsi olub. Tədbirdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və digər rəsmilər çıxış edib. İclas türkdilli dövlətlərin rəqabət qurumlarının təqdimatları və əməkdaşlıq layihələrinin müzakirəsi ilə davam etdirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türk Dövlətləri Təşkilatının quruma üzv dövlətlər arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafında rolunu vurğulayıb. Daha sonra Azərbaycanda rəqabətin qorunması və təkmilləşdirilməsi istiqamətində Dövlət Xidmətinin təşəbbüsü ilə hazırlanan Rəqabət Məcəlləsində yer alan tənzimləmə müddəalarından söz açılıb. Bildirilib ki, məcəllə ölkədə biznes və investisiya mühitinin inkişafına və səmərəliliyin artırılmasına töhfə verəcək. Vurğulanıb ki, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər bazar subyektləri və istehlakçıların mənafelərinin qorunması, rəqabətli iqtisadi mühitin inkişafı, keyfiyyət sahəsində cəmiyyətin rifahının təmin olunmasına hədəflənib.


İclasın sonunda rəqabət qurumlarının rəhbərləri tərəfindən “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsinə dair sənəd imzalanıb və eyniadlı şuranın yaradılması elan edilib. Bundan başqa, tərəflər Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində Rəqabət Forumunun keçirilməsinə dair razılığa gəliblər.

Səfər çərçivəsində, həmçinin Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında ikitərəfli görüş keçirilib. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Hər iki qurumda kadr potensialının inkişafı məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi istiqamətlərində razılıq əldə edilib.


Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.