Prezident İlham Əliyevin təbrik məktubu Arif Ağakişiyevə təqdim edilib
foto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tanınmış ictimai-siyasi xadim və diplomat Arif Ağakişiyevin 90 illiyi münasibəti ilə təbrik məktubunu yubilyara təqdim edib.


"Report"un məlumatına görə, tanınmış ictimai-siyasi xadim, diplomat, ötən əsrin 60-cı illərində Şuşa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Arif Ağakişiyev 90 illik yubileyini qeyd edir.


Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev yubilyara təbrik məktubu ünvanlayıb.


Məktubda bildirilir ki, ötən əsrin 60-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş Arif Ağakişiyev ölkəmizin inkişafı üçün vacib işlər görüb. A.Ağakişiyev Şuşada rəhbər vəzifədə çalışdığı müddətdə şəhərdə geniş quruculuq işləri görülüb, bir sıra yeniliklər tətbiq edilib. “Sonradan siz Azərbaycanın o dövrki rəhbəri, Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə SSRİ Ali Diplomatiya Məktəbində respublikamızı layiqincə təmsil etmiş, diplomat olaraq fəaliyyətinizi davam etdirmizisiniz”, - deyə məktubda qeyd olunur.

Dövlətimizin başçısı məktubda vurğulayıb ki, ömrünün böyük hissəsini Vətəndən kənarda yaşamasına baxmayaraq, Arif Ağakişiyev Azərbaycana qəlbən bağlı qalıb, ölkədə gedən prosesləri diqqətlə izləyib. “Əminəm ki, hər bir azərbaycanlı kimi siz də Qarabağımız və onun tacı olan Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırsınız”, - deyə təbrik məktubunda qeyd edilib.


Arif Ağakişiyev təbrikə görə dərin minnətdarlığını bildirib və qeyd edib ki, 50 ildən çoxdur Moskvada yaşamasına baxmayaraq, Azərbaycan ilə əlaqələrini kəsməyib. “Bu təbrik məktubunu böyük qürur hissi ilə qəbul etdim. SSRİ dönəmində xarici ölkələrdə diplomat kimi çalışdığım dövrdə də hər zaman, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub və inkişaf edir”, - deyə A.Ağakişiyev vurğulayıb. Yubilyar İkinci Qarabağ müharibəsinin gedişini diqqətlə izlədiyini, Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladığını xüsusi qeyd edib.


Daha sonra səfir Polad Bülbüloğlu və Arif Ağakişiyev Şuşa ilə bağlı xatirələrini bölüşüblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.