Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.
2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.