Türkiyə hərbçiləri İraqın şimalında daha 5 PKK terorrçusunu zərərsizləşdiriblər.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Ərazidə terrorçulara qarşı əməliyyatların ara verilmədən davam etdiyi qeyd olunub.
O da vurğulanıb ki, əməliyyatlar qətiyyətlə davam edəcək: "Bölgədə bir nəfər də olsun terrorçu qalmamalıdır!”.