Rusiyanın maksimalist məqsədləri Ukraynada yeni ərazilərin işğalını istisna etmir.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında belə deyilir.
Bildirilir ki, istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq: “Bu, Moskvaya fayda verəcək. Rusiyaya maksimalist məqsədlərinə nail olmaq üçün və Ukraynada gələcək ərazi zəbtinə nail olmaq üçün yeni imkanlar yaradacaq”.
Qeyd olunub ki, Kreml NATO-nun genişlənməsini və Ukraynanın müstəqil, suveren dövlət kimi mövcudluğunu Rusiyanın təhlükəsizliyi üçün təhdid kimi görür.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Qərbin dəstəyi dayandıracağı təqdirdə ölkəsinin geri çəkiləcəyini bildirmişdi. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken isə ondan da əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.