İran-Pakistan sərhədi yaxınlığında Sistan və Bəlucistan əyalətində yerləşən Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub.
TASS bildirir ki, naməlum şəxslər şəhərin silahsız sakinlərinə atəş açıblar. Ölənlərdən heç biri iranlı deyil.
Qeyd edək ki, İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.