İsrail Fələstinin HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır, bundan sonra Qəzza zolağına nəzarət texnokratlara keçə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahunun sözlərinə görə, HƏMAS-ın idarəetmə və hərbi quruluşunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını istisna etməlidir: "Bundan sonra, əlbəttə ki, orada hansısa başqa struktur, texnokratlar idarəsi yaradılmalı olacaq. Bunun üzərində işləyirik, amma HƏMAS, o cümlədən liderləri məhv edilmədən heç bir şeyin bitməyəcəyi aydındır”.