Fransada taksi sürücüləri də etiraz aksiyası keçirəcəklər

Fransada tibbi daşınma ilə bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri bir sıra iri şəhərlərdə və respublikanın magistral yollarında keçiriləcək.

 

TASS bildirir ki, nümayişlərin çoxu Fransanın cənubunda planlaşdırılıb. 800-ə yaxın taksi Marseldə və bəzi şəhərətrafı magistrallarda süni şəkildə tıxac yaratmağı planlaşdırır. Bölgənin müxtəlif şəhərlərindən Bordoya 500-800 taksi gedəcək. 

 

Bundan başqa, Tuluzada sürücülər Blanyak hava limanına girişi əngəlləmək istəyirlər. Nitsa, Kann, Lion, Ture, İzere, Nansi, Nime və Monpelye şəhərlərində də taksi sürücülərinin kütləvi nümayişləri hazırlanır.

 

Etirazın səbəbi “Sosial büdcənin maliyyələşdirilməsi haqqında” yeni qanunun 30-cu maddəsi olub ki, bu maddəyə əsasən, taksi ilə həkimə getmək xərclərinin bir hissəsini sığorta yolu ilə ödəmək istəyən xəstələr şəxsi internet platformaları vasitəsilə avtomobil bron etməli olacaqlar. Onlar özləri uyğun taksi parkını təyin edəcək və digər xəstələrlə birgə səfəri təklif edəcəklər.

 

Qeyd edək ki, hazırda dövlət sığortası səfərin dəyərinin 55%-ni ödəyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.