Paşinyan Xameneinin müşaviri ilə regiondakı vəziyyəti müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və İranın ali lideri ayətullah Seyid Əli Xameneinin müşaviri, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi regiondakı vəziyyəti müzakirə ediblər.

 

Ermənistan mediasının ölkə hökumətinin mətbuat xidmətinə əsasən yaydığı məlumata görə, görüş zamanı Paşinyan qeyd edib ki, o, İran prezidenti ilə ölkələr arasında ticarət həcminin artırılması üçün ardıcıl addımlar atmağa razıdır.

 

Tərəflər müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, enerji, infrastruktur sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsindən danışıblar.

 

Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bundan əvvəl Xərazi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.