Paşinyan erməni qadınların döyüş hissələrində xidmət etməsi haqda “BU POTENSİAL HƏLƏ AÇILMAYIB”

Ermənistanda qadınların döyüş bölmələrində xidmətə cəlb olunmaları nəzərdə tutulub. Bu, ölkənin silahlı qüvvələrində aparılan islahatlar çərçivəsində olacaq.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə Nazirlər Kabinetinin yeni proqramının təqdimatı zamanı deyib.
 
“Proqramımızda qadınların silahlı qüvvələrin döyüş hissələrinə daha geniş şəkildə cəlb edilməsinə dair bir bənd var. Qadınların iştirakına dair tezisin ideoloji və ya anti-ideoloji əsası yoxdur, ancaq praqmatik hesablamalarla şərtlənir. Qadınlar Ermənistan əhalisinin əksəriyyətini təşkil edir. Hər hansı bir sahədə öz resurslarından yetərincə istifadə edilməməsi ölkəmizin inkişaf potensialını təhrif etmək deməkdir”, - deyə Paşinyan bildirib.
 
Onun sözlərinə görə, qadınların silahlı qüvvələrdə xidmətə cəlbi orduda qadınların kişilərlə bərabər xidmət edəcəkləri mənasına gəlmir: “Məqsəd potensialı maksimum dərəcədə artırmaqdır. Bu potensial hələ açılmayıb”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.