Ermənistan parlamentində dava düşdü MÜXALİF DEPUTATLARLA MÜHAFİZƏÇİLƏR ARASINDA

Ermənistan parlamentində müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşüb. Davaya səbəb “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyanın baş nazir Nikol Paşinyanı "kapitulyant" adlandırmasına cavab olaraq, spikerin təhlükəsizlik xidmətinə onu zaldan çıxarmaq barədə tapşırığı olub.
 

Azvision.az xəbər verir ki, Mkrtçyan Paşinyanın bütün səhvlərini sadalamağa başlayıb və onun iclas zalına çox sayda mühafizəçi ilə gəldiyinə diqqət çəkib.
 
Bunun ardınca "Vətəndaş müqaviləsi"nin deputatları Mkrtçyana irad tutublar. Deputat isə Paşinyanı “kapitulyator” adlandırıb. Parlamentin spikeri Alen Simonyan əvvəlcə onun mikrofonunu söndürüb, sonra zaldan çıxmasını tələb edib. Deputat imtina edəndə isə Simonyan mühafizəçiləri köməyə çağırıb.
 
Müxalif "Ermənistan" və "Şərəfim var" bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq, mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Bunun ardınca Simonyan 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıb. Bu zaman isə müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşüb. Bəzi millət vəkilləri "Satqın Nikol" deyə qışqırıblar.
 
Xatırladaq ki, bu gün Ermənistan parlamentində hökumətin 5 illik proqramı müzakirə olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.