Əfqanıstanın vitse-prezidenti hökumətin süqutunda ABŞ-ı ittiham etdi “BİZİ ŞANTAJ EDƏRƏK DEDİLƏR...”

Vaşinqtondan Kabilə edilən təzyiqlər, Qətərdə aparılan Əfqanıstan üzrə danışıqlarda “Taliban”ın de-fakto tanınması və hökumətimizdə ən son aktual məlumatların olmaması Əşrəf Qani hakimiyyətinin süqutunun səbəbləridir.
 
Azvision.az xəbər verir ki, bunları özünü Əfqanıstanın müvəqqəti prezident elan edən, "Taliban"a müqavimət göstərməyə çağıran ölkənin vitse-prezidenti Əmrulla Saleh deyib.
 
Onun sözlərinə görə, “Taliban”a heç vaxt təzyiq göstərilməyib və onlar Pakistanı dəstək bazası kimi istifadə ediblər.
 
Saleh, həmçinin qeyd edib ki, Dohadakı Əfqanıstan danışıqları faktiki olaraq sözünə sadiq qalmayan “Taliban”ı qanuniləşdirdi.
 
"Digər bir səbəb son iki ildə respublikanın müttəfiqimiz Amerika tərəfindən böyük təzyiqlərə məruz qalmasıdır. Bizi şantaj edərək dedilər: “Ya məhbusları azad edəcəksiniz, ya da hərbi yardım da daxil olmaqla yardımınızı azaldacağıq”. Biz onlardan soruşduq: “Bu insanların cəbhədə olmayacağına əminsinizmi?”. Cavabları mənfi oldu, amma hamısı döyüşdə idi. Belə olan halda, bu, əsirlərin sərbəst buraxılması deyil, taliblərə həddindən artıq radikallaşmış yaraqlılardan ibarət bir dəstənin verilməsi idi", - vitse-prezident əlavə edib.
 
O xatırladıb ki, ölkə hökumətində vəziyyətdən xəbəri olmayan və hər şeyi normal qəbul edən insanlar var idi.
 
"Faciəyə səbəb olan digər müxtəlif problemlər olub. Nəticə budur ki, NATO artıq yoxdur, Amerika hərbçiləri getdi, amma Əfqanıstan xalqı getmədi, onlar evakuasiya edilə bilmədi. Kabil Hava Limanı aysberqin zirvəsidir. Ölkə faciəyə qərq oldu və terror qrupları Əfqanıstanı işğal etdi”, - Saleh vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.