AVRO-2024: İngiltərə millisi Niderlanda qalib gələrək finala yüksəldi - YENİLƏNİB, FOTO/VİDEO

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

 

Senzor.az bildirir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

 

Matçda 7-ci dəqiqədə Xavi Simons niderlandlıları hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins ingilislərin qalibiyyət qoluna imza atıb.

 

Qeyd edək ki, finala yüksələn İngiltərə yığması həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

 

**00:50



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.

 

Senzor.az bildirir ki, qarşılaşma Dortmunddakı “Siqnal İduna Park"da keçirilir.

 

Görüşü almaniyalı referi Feliks Şvayer idarə edir. 

**

Niderland millisi hesabı açıb. 

7-ci dəqiqədə Xavi Simons fərqlənib. 

**

Dortmunddakı “Siqnal İduna Park"da hesab bərabərləşib - 1:1.

 

İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.


**

Futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə ikinci hissə başlayıb.

 

Dortmunddakı “Siqnal İduna Park"da hesab bərabərdir - 1:1.

 

7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində isə 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.

**

Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi hesabda önə keçib - 2:1.

 

90+1-ci dəqiqədə Olli Uotkins adını tabloya yazdırıb.


**09:56


Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

 

Senzor.az bildirir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları üz-üzə gələcəklər.

 

Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.

 

Xatırladaq ki, İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.