Həmas və İsrail atəşkəs, girovlar və Qəzzanın qaytarılması ilə bağlı çərçivəni razılaşdırıb
Washington Post

İsrail və Həmas girovların azadlığa buraxılması və atəşkəslə bağlı çərçivə üzərində razılaşıblar.


Bu barədə “Washington Post“ məlumat yayıb.


Bildirilib ki, tərəflər hazırda bu çərçivənin necə tətbiq ediləcəyinin detallarını müzakirə edirlər.


Nəşrin məlumatına görə, əsas addım hər iki tərəfin razılaşmanın ikinci mərhələsində Qəzzada Fələstin Muxtariyyətinin dəstəklədiyi qüvvə tərəfindən müvəqqəti hökumətin qurulmasının qəbul edilməsinə razılaşmaq olub.


Qeyd olunub ki, razılaşmaya əsasən, Həmas girov götürdüyü kişi hərbçiləri sərbəst buraxacaq, hər iki tərəf İsrail qüvvələrinin Qəzzadan çəkilməsi ilə toqquşmalara daimi son verməyə razılaşacaq.


Razılaşmaya əsasən, müvəqqəti hökumətin qurulması nəticəsində Qəzzada nə Həmas, nə də İsrail idarəçiliyi olacaq.


Qeyd olunub ki, Qəzzanın təhlükəsizliyini ABŞ-ın təlim keçdiyi və mülayim ərəb ölkələri tərəfindən dəstəklənən qüvvələr təmin edəcək. 2500 nəfərlik bu qüvvələr isə İsrail tərəfindən yoxlanılmış Fələstin Muxtariyyətinin tərəfdarlarından ibarət olacaq.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.