İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Qəzza zolağının Xan-Yunis şəhərində HƏMAS-ın briqada komandiri Rəfai Səlamə ölüb. Terror təşkilatının "İzzəddin Əl-Qəssam" adlı hərbi qanadının rəhbəri Məhəmməd Zeyf isə ağır xəsarət alıb.
Bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı məlumat yayıb.
Bildirilir ki, Məhəmməd Zeyf ötən ilin 7 oktyabrında İsrailə hücumun təşkilatçılarından biridir.
Məhəmməd Zeyf
Qəzza Səhiyyə Nazirliyinin təsdiqlənməmiş məlumatına əsasən, sözügedən hücum zamanı 71 fələstinli həyatını itirib, 289 nəfər isə yaralanıb.