Dünyanın əsas siyasi mərkəzləri - ABŞ, Avropa İttifaqı və Çin Rusiya-Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək üçün bir araya gələrsə, o zaman müharibə edən tərəflər də danışıqlar masası arxasına əyləşəcək.
Yerli KİV xəbər verir ki, bu fikri bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Kossuth" radiostansiyasının proqramında deyib.
“Əgər iki və ya hər üç əsas oyunçu sülhməramlı mövqe tutsaydı, o zaman indi hərbi əməliyyatları intensivləşdirməyə çalışan tərəflərin də sülhə doğru irəlilədiklərini görmək olardı”, - Siyarto bildirib.
O qeyd edib ki, iyulun 2-dən 11-dək Macarıstanın Baş naziri Viktor Orban Kiyevdə, Moskvada, Pekində, Vaşinqtonda Ukraynadakı münaqişə barədə müzakirələr aparıb.
“ABŞ-da prezident seçkiləri bu baxımdan həlledici təsir göstərə bilər, çünki o, Birləşmiş Ştatların hazırkı müharibə tərəfdarı siyasətini davam etdirib-etməyəcəyinə qərar verə bilər”, - Siyarto əlavə edib.