Qəsbkar Ermənistan paytaxtında rəsmən Azərbaycan türkcəsini tədris edən mərkəz işə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Ermənistan teleqram-kanallarında və sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Söhbət işğalçı ölkədə Azərbaycan dilinin ilk ixtisaslaşmış mərkəzi sayılan “ALC Armenia”dan gedir. Məlumata görə, mərkəz tədris fəaliyyətinə “Smart Armenia” ictimai xeyriyyə təşkilatı ilə əməkdaşlıq şəraitində start verib.
Xatırladaq ki, ermənilər hələ sovet dövründən müxtəlif təhsil və elm mərkəzlərində Azərbaycan dilini öyrənməyə başlayıblar. Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolunu oynayır. Burada dil öyrənməklə yanaşı, erməni gəncləri “Azərbaycanşünaslıq” və “Türkşünaslıq” üzrə mütəxəssis kimi hazırlayırlar. İrəvandakı Dövlət Universitetində də Azərbaycan dili öyrədilir. Çoxsaylı Araşdırma Mərkəzlərində də analoji fəaliyyət var.