Türkiyədə nəşr olunan “Azərbaycanın sirləri” kitabı Hikmət Hacıyevə təqdim edildi
FOTO

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən nəşr edilmiş “Azərbaycanın sirləri” kitabı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə təqdim olunub.

 

Senzor.az-ın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyinin media müşaviri Cihangir İşbilir Azərbaycan Prezidentinin köməkçisi H. Hacıyevi ziyarət edib.

 

Anadolu Agentliyinin Asiya və Qafqaz üzrə xəbərlər departamentinin direktoru Tolqa Özgencin də iştirak etdiyi görüşdə Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Səfər zamanı İşbilir Hacıyevə Türkiyə Prezidentinin kommunikasiya şöbəsinin müdiri Fahrettin Altunun imzası ilə “Azərbaycanın sirləri” kitabını hədiyyə edib. Nəşrlə tanış olan Hacıyev öz təşəkkürünü bildirib. 

Nəşrdə Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri, Azərbaycanın dərin tarixə malik mədəniyyəti əks olunub. Azərbaycanın şanlı Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi xüsusi hazırlanmış infoqrafiklə təqdim edilib.

 

Azərbaycan, türk və ingilis dillərində nəşr edilən kitabda hər mövzuya dair xüsusi fotoşəkillər yerləşdirilib.

 

Onu da qeyd edək ki, kitabın “Ön söz” müəllifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.