Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Təşkilatdan verilən xəbərə görə, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu formalaşdırılır.
Azərbaycan Milli Məclisinin sədri Saqibə Qafarovanın dəvəti ilə MDB PPA-dan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.