Rəsmi Minsk Avropa ölkələrinin Belarus avtomobillərinin Aİ ölkələrinə girişini qadağan edən addımalarına cavab verib.
Belarus KİV xəbər verir ki, Belarusun xarici işlər naziri Maksim Rıjenkov bu barədə açıqlama verib.
"Avropa ölkələri tərəfindən Belarusun ağır yük maşınları üçün yaradılan maneələrə asimmetrik cavab olaraq Belarus iyulun 19-u saat 08:00-dan 31 dekabr 2024-cü il tarixinə qədər dəmir yolu və avtomobil keçid məntəqələri vasitəsilə Aİ ölkələrinin və əvvəllər viza rejiminin qüvvədə olduğu digər Avropa ölkələrinin vətəndaşları üçün Belarus ərazisinə vizasız giriş prosedurunu tətbiq edəcək", o deyib.