İyulun 18-də elm və təhsil naziri Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Steyli ilə görüşüb.
Bu barədə Senzor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə edilib.