Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək üçün mümkün olan hər şeyi etməyə çalışıb.
Bunu Aİ Şurasının prezidenti Şarl Mişel Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Brüssel son aylarda iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü görüb.