Brüsseldəki bürokratlar Gürcüstanın Aİ-yə qoşulmasını mümkünsüz etmək istəyir - SİYARTO

Müharibəyönümlü siyasətçilər Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını mümkünsüz etmək istəyirlər.


Yeri KİV xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə səfərdə olan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.


"Avropa İttifaqı (Aİ) Gürcüstanın ona qoşulmaq istəməsinə sevinməlidir və Brüssel Gürcüstanın mümkün qədər tez böyük Avropa ailəsinin üzvü olması üçün hər şeyi etməlidir. Biz isə görürük ki, müharibə tərəfdarı olan siyasətçilər və Brüsseldəki bürokratlar Gürcüstanın Avropaya uğurla inteqrasiya etməsini mümkünsüz etmək istəyirlər”, - nazir deyib.


Siyarto Gürcüstan hökumətinin xarici təsirə və təbliğata qarşı uğurlu müqavimət göstərdiyini, Buna görə də Brüssel tərəfindən cəzalandırıldığını əlavə edib.


“Gürcüstanın ailələri, ənənəvi ailə modelini mühafizə edən hökuməti var və bununla bağlı qanun qəbul edilib. Ona görə də Brüssel siyasi və maliyyə cərimələri tətbiq edib. Brüssel öz mahnısına rəqs etməyənləri, müharibəyə və gender təbliğatına qarşı olanları sevmir”, - Siyarto deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.