ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək - KİV

ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək.


Bu barədə Yaponiyanın ən böyük “Yomiuri” qəzeti məlumat yayıb.


Qeyd olunub ki, Yaponiya və ABŞ hökumətləri arasında hazırlanacaq sənəddə ilk dəfə olaraq Vaşinqtonun Tokionun potensial xarici təcavüzkardan müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla bir çox üsullardan istifadə edilməsi aydın şəkildə göstəriləcək.


Bu sənədin məzmununu müzakirə etmək üçün tərəflərin bu ay xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri arasında “iki üstəgəl iki” formatında danışıqlar aparacağı gözlənilir.


Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, hazırlanmaqda olan birgə sənəddə ABŞ-ın Yaponiyanı müdafiə etməyi öhdəsinə götürdüyü “genişlənmiş çəkindirmə” sistemi aydın şəkildə göstəriləcək.


Xüsusilə, birgə sənəddə ABŞ-ın nüvə silahı vasitəsilə çəkindirməni həyata keçirməyə hazır olması xüsusi vurğulanacaq. Həmçinin ABŞ-ın Yaponiya tərəfini təhdid edən üçüncü ölkələrə qarşı hərbi əməliyyatlara hansı şərtlərlə hazır olacağı da təsvir olunacaq.


Qeyd edək ki, Yaponiya və ABŞ arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Zəmanətləri haqqında müqavilə qüvvədədir.


Bu müqavilənin beşinci maddəsinə əsasən, hər bir tərəf müttəfiqə qarşı hərbi təcavüzü öz milli təhlükəsizliyinə təhdid hesab edir və bununla bağlı öz konstitusiyasının müddəalarına uyğun hərəkət etmək hüququna malikdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.