Numan Kurtulmuş: NATO qlobal gərginliyin azaldılmasına çalışmalıdır

NATO təhlükəsizlik sahəsində əməkdaşlıq platforması kimi münaqişələrin həlli istiqamətində addımlar atmaq iqtidarında deyil. Hərbi-siyasi blokun səyləri ümumilikdə dünyanın heç bir yerində, o cümlədən Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqı fonunda münaqişələrin həllinə gətirib çıxarmayıb.


AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində deyib.


Onun sözlərinə görə, hərbi xərclərin artırılması və müdaxilə edilməsi böhranlı vəziyyətlərdən çıxış yolu deyil. “Əksinə, münaqişə zonalarında gərginliyi azaltmaq üçün atılan addımlar vacibdir. Əks halda, dünya sabitliyin pozulmasına və genişmiqyaslı toqquşmaya addım-addım yaxınlaşacaq”, - deyə Kurtulmuş xəbərdarlıq edib.


Türkiyə parlamentinin rəhbəri bildirib ki, bu yaxınlarda Vaşinqtonda NATO-ya üzv ölkələrin parlament başçılarının görüşündə iştirakçıların diqqətinə məhz bu mövqeni çatdırıb.


Kurtulmuş ABŞ-ın Əfqanıstandan “tələsik qaçışı”nın birqütblü dünya nizamının dağılmasına səbəb olduğunu, bəşəriyyətin çoxqütblülüyün yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.


“Çoxqütblülük yeni blokların və ittifaqların yaradılmasını nəzərdə tutur. Ümid edirəm ki, bütün dünyada yeni əlaqələr qurulacaq. Yeni dövr Türkiyə kimi ölkələr üçün böyük imkanlar açır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.