ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, cümə günü, iyulun 26-da Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Amerikanın keçmiş lideri bu barədə “Truth social” platformasında məlumat verib.
“Benyamin Netanyahunun xahişi ilə biz bu görüşü 26 iyul tarixinə, Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqoya keçirdik”, - Tramp vurğulayıb.
**09:28
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-a səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək niyyətindədir.
Bu barədə “Politico” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Tramp və Netanyahunun köməkçiləri Floridada görüşün mümkünlüyünü müzakirə ediblər, lakin respublikaçı hələ ki, birbaşa razılıq verməyib.
Mənbə aydınlaşdırıb ki, görüş baş tutsa, bu, həftənin sonunda Trampın Şimali Karolinada cümə axşamına planlaşdırılan kampaniya mitinqindən sonra olacaq.
“Report” xatırladır ki, Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşü, həmçinin çərşənbə günü ABŞ Konqresində ifadə verməsi planlaşdırılır.