Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar

Qırğızıstan və Azərbaycanın Baş prokurorları Maksat Asanəliyev və Kamran Əliyev arasında əməkdaşlıq sazişi və 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.


Qırğızıstan KİV xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş Prokurorlarının 22-ci iclası və Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 3-cü iclası çərçivəsində baş tutub.


“Saziş və əməkdaşlıq proqramı Qırğızıstan və Azərbaycanın nəzarət orqanları arasında qanunvericilik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Sənədlərdə təcrübə və məlumat mübadiləsi, birgə tədbirlər, o cümlədən prokurorluq fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti qeyd edib.


M.Asanəliyev qeyd edib ki, sənədlərin imzalanması münasibətlərdə yeni mərhələdir: “Bu, həm də asayişi möhkəmləndirmək, vətəndaşlarımızın qanuni mənafelərini qorumaq bizim ümumi istəyimizi nümayiş etdirir”.


Öz növbəsində Azərbaycanın Baş prokuroru qeyd edib ki, nəzarət orqanları yaxşı əməkdaşlıq edirlər: “Sizin qurumla münasibət çox yaxşı, məhsuldardır. Hər hansı cinayət işində yardım göstərilərkən problem yaşandığını xatırlamıram”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.