“Paris-2024”: Azərbaycan idmançılarının paradı olub - FOTO

Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

 

Senzor.az bildirir ki, Sena çayında baş tutan parada idmançılarımız 16-cı sırada qatılıblar.

 

Azərbaycan Bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

 

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. 

 

Paris olimpiadası avqustun 11-də başa çatacaq.


Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir. 

 

Tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.

 

Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.

 

Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.

 

İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.