Azərbaycan boksçusu Paris Olimpiadasına qələbə ilə başlayıb - FOTO
YENİLƏNİB

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.


Senzor.az xəbər verir ki, 92 kiloqramda çıxış edən idmançı 1/8 finalda kubalı Xulio Sezar la Krusla qarşılaşıb.


Rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançı 1/4 finala yüksəlib. A.Dominqes bu raundda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.

**13:33

Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.


Senzor.az xəbər verir ki, 52 kiloqramda çıxış edən idmançı ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkib.


Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə uduzan Azərbaycan millisinin bayraqdarı mübarizəni dayandırıb.


Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.


Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

**12:49

Azərbaycanın kişi cüdoçusu Yaşar Nəcəfov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.


Senzor.az xəbər verir ki, 66 kiloqramda çıxış edən idmançı təsnifat mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb.


Rəqibinə məğlub olan Y.Nəcəfov yarışla medalsız vidalaşıb.


Bu gün, həmçinin qadın cüdoçu Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək.


Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarışı medalsız başa vurublar.


Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

**09:28

Azərbaycanın üç idmançısı bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

 

Senzor.az bildirir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

 

Kişilərin yarışında Yaşar Nəcəfov (66 kiloqram) serbiyalı Straxinya Bunçiçlə qarşılaşacaq.

 

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

 

Günə boksçumuz Alfonso Dominqes (92 kiloqram) yekun vuracaq. Tokio Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 18:18-də start götürəcək.

 

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan idmançılarından Diana Dımçenko akademik avarçəkmə növündə 2000 metr məsafəyə fərdi yarışda 1/4 finala vəsiqə qazanıb.

 

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.