Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Qarabağ və Liviyaya olduğu kimi, İsrailə də girə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident və AK Partiya sədri R.T.Ərdoğan bunu partiyasının Rizə İl Təşkilatının toplantısında çıxışı zamanı deyib.
"Qarabağa və Liviyaya girdiyimiz kimi, İsrailə də eyni şeyi edə bilərik. Mümkün olmayan heç nə yoxdur. Bu cür addımlar atmaq üçün sadəcə güclü olmaq lazımdır", - deyə Ərdoğan vurğulayıb.
Bununla o, Türkiyənin Fələstinə hər vasitə ilə dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.
Senzor.az