UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyun başa çatıb.
Senzor.az bildirir ki, ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu doğma meydanda da sevinən tərəf olub - 5:0.
Qolları Olavio Juninyo (3 qol), Yassin Benzia və Leandro Andrade vurublar.
"Qarabağ" Çempionlar Liqasının III raundunda “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
**21:33
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.
Senzor.az bildirir ki, Azərbaycan çempionu beşinci dəfə topu rəqib qapısından keçirib - 5:0
"Köhlən atlar"ın heyətində 71-ci dəqiqədə Leandro Andrade fərqlənib.
Qeyd edək ki, bundan əvvəl 66-cı dəqiqədə Yassin Benzia hesabı 4:0-a çatdırmışdı.
**21:02
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.
Azərbaycan çempionunun üstünlüyü davam edir - 3:0.
**20:48
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda ilk hissə başa çatıb.
Senzor.az bildirir ki, Azərbaycan çempionu fasiləyə üstün yollanıb - 3:0.
"Köhlən atlar"ın hər üç qolunu Olavio Juninyo vurub.
Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqələrdə qonaqları məyus edib.
**10:14
"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.
Matçı danimarkalı hakim Yakob Sandberq idarə edəcək.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.