Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.
**
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam edir.
Yerli KİV xəbər verir ki, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsində olublar.