ABŞ-dakı prezident seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur.
“Interfax”ın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib.
D.Peskovun sözlərinə görə, ABŞ-da həm Rusiyanı, həm də Prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, Çin və İranın ölkədəki prezident seçkisinə müdaxilə planı hazırladığı barədə məlumat yayıb.