Macarıstan Aİ-nin Venesueladakı seçkilərlə bağlı bəyanatına veto qoyub.
“Politico” öz mənbələrinə istinadən yazıb ki, Macarıstan veto qoyduğu üçün Avropa İttifaqı Venesueladakı seçkilərdən sonra vəziyyətlə bağlı vahid bəyanat verə bilmir.
Məlumata görə, Aİ ölkələri birgə bəyanat qəbul etmək istəyiblər. Orada onlar Venesuelada “qanunsuzluqlar və çatışmazlıqların” aşkar edildiyi prezident seçkilərinin nəticələri ilə bağlı narahatlıqlarını ifadə etməyi planlaşdırıblar.
"Nəticədə Macarıstan Aİ-nin bu bəyanatına veto qoydu", - nəşr qeyd edib.