Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Senzor.az bildirir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
**13:12
Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
Senzor.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda finlandiyalı Martti Pumalaynen ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
**12:30
Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Senzor.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
**11:55
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Senzor.az xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.
**09:56
Bu gün Azərbaycanın daha iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Senzor.az bildirir ki, cüdoçu Uşanqi Kokauri ilk görüşünü keçirəcək. 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşacaq.
Həmçinin batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova təsnifat mərhələsində qüvvəsini sınayacaq və finala vəsiqə qazanmağa çalışacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Komandamız eyni gündə əvvəlcə Avstraliya, ardınca isə Çin seçməsini sınağa çəkəcək.
Boksçu Murad Allahverdiyev (80 kiloqram) isə 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.