Krım körpüsündən keçmək üçün mindən çox avtomobil növbə gözləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, körpüdəki vəziyyət barədə məlumat operativ Telegram kanalında yerləşdirilib.
Məlumata görə, Taman istiqamətindən növbədə 1050 avtomobil dayanıb, gözləmə müddəti üç saatdan çox çəkir.
Moskva vaxtı ilə saat 04.00-dək növbədə olan avtomobillərin sayı iki dəfə artıb. Saat 06.20 radələrində isə körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Krım körpüsündən yalnız sərnişin avtobuslarının, yüksüz mikroavtobusların, eləcə də pikapların keçməsinə icazə verilir. Yüklər isə yarımadaya Kerç bərə keçidi və Azov dənizi boyunca quru yolu ilə daxil olur.