İsrail hərbçiləri Livandan ölkənin şimalındakı Yuxarı və Qərbi Qaliley ərazilərinə çoxsaylı raket və mərmi atışlarını qeydə alıblar.
Senzor.az bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onların əksəriyyətinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.
Mərmilərdən biri İsrailin şimalındakı Avivim kəndi yaxınlığına düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Onu da qeyd edək ki, Teleqram kanalları bundan əvvəl bunun İsrailə hücumun başlanğıcı olduğu haqda məlumat yayıblar.
"CNN Türk" isə "Hizbullah"ın İsrailin 15 nöqtəsini vurduğunu, 50-dən çox raket zərbəsi endirdiyini yazıb.