Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
Məlum olub ki, Ə.Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
Bir qədər əvvəl Tbilisi məhkəməsi Ə.Sadıqov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv olunmuşdu.