Zurabişvili Bidzina İvanişvilini debata çağırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilini payızda keçiriləcək parlament seçkiləri öncəsi debata çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Salome Zurabişviliyə görə, İvanişvili əhalinin çoxsaylı sualını cavablandırmalıdır.

 

Prezidentin sözlərinə görə, İvanişvili ölkədə əsas şəxs özünün olduğuna inanır. Zurabişvili əlavə edib ki, o, dövlətin birinci şəxsidir və “Gürcü arzusu”nun sədri seçkilər öncəsi əhalinin çoxsaylı suallarını cavablandırmaq məcburiyyətindədir.

 

"O bu ölkədən nə istəyir, bizə deməlidir, ona görə də düşünürəm ki, müzakirə olunası çox məsələ var", -  deyə Prezident bildirib.

 

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 26-da keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.