“PARİS-2024”də günün yekunu: AZƏRBAYCAN İLK GÜMÜŞ MEDALINI QAZANDI
YENİLƏNİB, FOTO

Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

 

Senzor.az bildirir ki, tarixi nəticə ilə yadda qalan gündə Azərbaycan aktivinə ilk gümüş medal yazdırıb.

 

Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) həlledici görüşdə Cənubi Koreya idmançısı Park Taejoonla üz-üzə gəlib. İdmançımız qarşılaşma zamanı ayağından ziddi zədə alaraq, görüşü sona qədər davam etdirə bilməyib. Bununla da Qaşım gümüş medalla kifayətlənib.

 

Yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) da medal qazanmaq şansı olub. Yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak edən Süleymanov, qırğızıstanlı rəqibinə yenilərək 5-ci yeri tutub.

 

Eyni idman növündə ölkəmizi təmsil edən Həsrət Cəfərov (67 kq) da mükafat qazanmağa yaxındır. O, bu gün üçüncü yer uğrunda qarşılaşmada qalib gələcəyi təqdirdə bürünc medalın sahibi olacaq. Cəfərovun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

 

Daha bir yunan-Roma güləşçimiz Rafiq Hüseynov (87 kq) isə ilkin mərhələdə uduzub. Ona 1/8 finalda qalib gələn macarıstanlı David Losonç finala yüksələ bilmədiyi üçün Rafiq bürünc mükafat uğrunda mübarizədən də kənar qalıb.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Hazırda Azərbaycanın aktivində 4 medal var.


**09:34 (07.08.2024)


Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

 

Senzor.az bildirir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.

 

Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəkıər. 

Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi irlandiyalı Cek Uolley olacaq. 

Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) bürünc medal görüşünə çıxacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.