İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi
VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.

 

Qeyd edək ki, Paris-2024 çərçivəsində ötən gün iranlı idmançı Amin Mirzəzadə rəqibi Sabah Şəriəti çiyninə qaldıraraq meydanda gəzdirib. Diqqət çəkən bu  jestə səbəb Şəriətinin karyerasını bitirməsi olub.  Belə ki, iranlı güləşçi rəqibinin son görüşü olduğunu öyrəndikdən sonra geri qayıdaraq onu çiyinləri üzərinə alıb və tatami üzərində dövrə vurub.

 

Xatırladaq ki, S.Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.