Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, liderlər Əfqanıstandakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Cinpin, Çinin Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb. Pekinin Rusiya da daxil olmaqla beynəlxalq birliyin bütün tərəfləri ilə təmas və koordinasiyanı gücləndirməyə hazır olduğunu bəyan edib. Əfqanıstandakı bütün tərəfləri danışıqlara çağırıb.
Telekanalın məlumatına görə, Putin Cinpinin Əfqanıstan məsələsində koordinasiyanı gücləndirmək təklifinə razılığını ifadə edib.