İranın XİN rəhbəri britaniyalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi regiondakı prosesləri müzakirə ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

 

İran və Böyük Britaniya XİN rəhbərləri arasında baş tutan telefon söhbətində Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində saxlanılıb.

 

İran XİN rəhbəri heç bir ölkənin, o cümlədən, İranın milli təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyinin qorunmasında heç bir güzəştə getmədiyini bildirib.

 

İran XİN rəhbəri regiondakı proseslərdə İsrail tərəfini ittiham edib.

 

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi də İranı təmkinli olmağa çağırıb və İsmayıl Haniyyənin ölümünü Qəzzada atəşkəsin əldə olunması istiqamətində geriyə addım kimi qiymətləndirib.

 

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. İran Haniyənin ölümündə İsraili ittiham edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.